Müvəqqəti kabinet ilk yığıncağını keçirir

Müvəqqi hökumətin Nazirlər Kabinetinin ilk yığıncağı bu gün keçiriləcək.

372769
Müvəqqəti kabinet ilk yığıncağını keçirir

Yığıncaq Baş Nazir Əhməd Davudoğlu başçılığında Türkiyə vaxtı ilə saat 12:00-də Çankaya Köşkündə baş tutacaq.
Kabinet üzvləri yığıncaqdan əvvəl Anıtkabiri ziyarət edəcək.
Yığındaqda diqqətlər MHP-li Tuğrul Türkeş ilə HDP-li Nazirlər Ali Haydar Konca və Müslüm Doğanda olacaq.
Qeyd edək ki, Türkeş Baş nazir müavini, Konca Avropa İttifaqı naziri, Doğan isə İnkişaf naziri olaraq ilk dəfə Nazirlər Kabinetində yer alacaqlar.
Yığıncaqda, son günlərdə artan terror hadisələri, terrora qarşı mübarizə , atılası yeni adımlar və seçki təhlükəsizliyi kimi mövzular müzakirə ediləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr