Koza İpək Holdinqə qarşı əməliyyat

Fətullahçı Terror Təşkilatına (FETO) maliyyə dəstəyi təmin etdiyi ittihamı ilə Koza İpək Holdinq 23 şirkətində axtarış işlərinə başlanılıb.

372854
Koza İpək Holdinqə qarşı əməliyyat

  Ankara Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətlər üzrə Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan əməliyyata səbəb "təşkilatın maliyyə dəstəyi və təbliğatını təmin etmək" göstərilir.

  Axtarış zamanı şirkətin sənəd və kompüterləri müsadirə olunub.

  Holdinqə bağlı İpək Universitetində və Koza İpək Holdinq İdarə heyətinin sədri Akın İpekin Ankaradakı evində də axtarış aparılıb. Amma Akın İpek xaricdə olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr