Havasızlıqdan əldən düşən immiqrantlar saxlanılıb

İzmirin Aliağa qəsəbəsində dayandırılmış bir yük maşınında havasızlıqdan əldən düşmüş 115 qaçaq immiqrant ələ keçib.

372914
Havasızlıqdan əldən düşən immiqrantlar saxlanılıb

  Qaçaqçılıq və Mütəşəkkil Cinayətlər üzrə Mübarizə Xidməti Çanaqqala yolunda bir yük maşınını saxlayıb. Üstü müxtəlif əşya və kətanla bağlanılan yük maşınında havasızlıqdan əldən düşən 26-sı uşaq olmaqla 115-i qaçaq immiqrant tutulub.

  Rezin qayıqları (botlar) partlayan 49 qaçaq da Ege dənizində balıqçılar tərəfindən qurtarılıb.

  Ov qadağasının sona çatmasıyla əlaqədar Ege dənizinə açılan izmirli balıqçılar rezin qayıqları partlamış qaçaq immiqrantlarla qarşılaşıb. Balıqçılar yunan adalarına getməyə çalışan 49 suriyalı qaçqını təknələrinə alaraq Çeşme Sahil Təhlükəsizlik Xidmətinə təslim ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr