54 ölkǝdǝ seçki qutusu qoyulacaq
Mǝrkǝzi Seçki Komissiyası 54 ölkǝdǝ sǝsvermǝ mǝntǝqǝlǝrindǝ seçki qutusu qoyacaq.
Mǝrkǝzi Seçki Komissiyası 54 ölkǝdǝ sǝsvermǝ mǝntǝqǝlǝrindǝ seçki qutusu qoyacaq.
Mǝrkǝzi Seçki Komissiyası noyabrın 1-dǝ keçirilǝcǝk parlament seçkilǝri üçün 54 ölkǝdǝki vǝtǝndaşların 112 nümayǝndǝlikdǝ sǝs vermǝlǝrinǝ imkan yaradacaq.
Komissiyanın qǝbul etdiyi qǝrara ǝsasǝn ölkǝ xaricindǝ sǝsvermǝ işi oktyabrın 8-dǝ başlayacaq, oktyabrın 25-dǝ başa çatacaq.
Ölkǝ xaricindǝki seçicilǝrin sǝs verǝcǝyi ölkǝlǝrdǝn Almaniyada 13, ABŞ-da 7, Fransada 6, Rusiya, Çin vǝ Yunanıstanda 4, Avstraliya, Avstriya, Azǝrbaycan, Bolqarıstan, İsveçrǝ, İran, Kazaxıstanda 3 nümayǝndǝlikdǝ sǝs salına bilǝcǝk.
Ölkǝ xaricindǝ sǝsvermǝ tarixlǝri bǝlǝdir:
"Almaniya, Avstriya, Belçika, Danimarka, Fransa, İsviçre, Şimali Kıbrıs Türk Cümhuriyyǝtinde 8-25 oktyabrda 18 gün, Avstraliyada 16-25 oktyabr 10 gün, ABŞ-da 17-25 oktyabrda 9 gün, Norveçdǝ 19-25 oktyabrda 7 gün, Hollandiyada 21-25 oktyabrda 5 gün, Birlǝşmiş Әrǝb Krallıkları vǝ Rumıniyada 22-25 oktyabr 4 gün, Bolqarıstan, İtaliya, Kanada, Sǝudiyǝ Әrǝbistanı ve Türkmenistanda 23-25 oktyabr 3 gün, Birlǝşmiş Әrǝb Әmirliklǝri, Bosniya vǝ Herseqovina, Әlcǝzair, İsrail, İsveç, Kazaxıstan, Qırğızıstan, Makedoniya, Rusiya vǝ Yunanıstanda 24-25 oktyabrda 2 gün, Albaniya, Azǝrbaycan, Bǝhreyn, Çex Cümuhiryyǝti, Çin, Finlandiya, Cǝnubi Afrika, Gürcüstan, İran, İrlandiya, İspaniya, Yaponiya, Qǝtǝr, Kosova, Küveyt, Livan, Macarıstan, Misir, Özbǝkistan, Polşa, Sudan, Tailand, Ukrayna, Oman, İordaniya vǝ Yeni Zelandiyada 25 oktyabrda 1 gün."
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq