"TurAz Qartalı - 2015" birgə təlimlərinə start verilib
Türkiyə və Azərbaycan Hava Qüvvələrinin birgə təlimi 28 gün davam edəcək
370153
Türkiyə və Azərbaycan Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” birgə təlimlərinə start verilib. Azərbaycanda keçirilən təlim çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları döyüş atışları keçirib. Təlimdə S-125 tipli zenit raket sistemləri sınaqdan keçirilib. Təlim çərçivəsində hər iki ölkənin hava qüvvələrinin ortaq əməliyyat və imitasiya hədəflərinin məhv qabiliyyətləri sınanacaq. “TurAz Qartalı 2015” təlimi 28 gün davam edəcək.