DEAŞ-la mübarizədə Türkiyə-ABŞ texniki danışıqları bitdi

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu bildirib ki, Türkiyə və ABŞ arasında DEAŞ-a qarşı əməliyyatlarla bağlı razılaşmanın texniki müzakirələr hissəsi tamamlanıb və müqavilə hərbi orqanlar tərəfindən imzalanıb.

369684
DEAŞ-la mübarizədə Türkiyə-ABŞ texniki danışıqları bitdi

 Çavuşoğlu terror təşkilatı DEAŞ-la mübarizədə Türkiyə ilə ABŞ arasında fikir ayrılığı olmadığını vurğulayıb.

 Xarici terrorçulara qarşı Türkiyənin aktiv mübarizə apardığını nəzərə çatdıran Çavuşoğlu deyib: "Giriş qadağası qoyduğumuz adamların sayı 18 mini keçib. Sərhəddən uzaqlaşdırdığımız xarici döyüşçü terrorçu sayı 1900-ü, hava limanında təsbit etdiyimiz və geri göndərdiyimiz adam sayı isə 1500-ü ötüb.”

 Xarici İşlər naziri onu da bildirib ki, "Xarici terrorçular barədə “Türkiyə üzərinə düşəni etmədi” və ya “Daha yaxşısını edə bilərdi”" deyən ölkələr Türkiyənin tutub geri göndərdiyi terrorçuları azad edir”.

 ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk (Cook) isə, əksinə, amerikalı və türkiyəli səlahiyyətlilərin DEAŞ əleyhinə koalisiya əməliyyatlarında birliyini təqdir edib və deyib: "Türkiyənin də koalisiya təyyarələriylə birgə hərəkət etməsi irəliyə istiqamətli əhəmiyyətli bir addımdır".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr