Ə. Davudoğlu:"DEAŞ və PKK dövlətimizin qarşısında boyun əyəcək"

“Bu torpaqlarda qarşıdurma yaradanlar cəzalarını alacaq”: Ə. Davudoğl

368805
Ə. Davudoğlu:"DEAŞ və PKK dövlətimizin qarşısında boyun əyəcək"

Baş nazir Əhməd Davudoğlu, terrorla mübarizənin əzmlə davam edəcəyini bildirib. Şəhid Ailələri Konfederasiyasını Çankaya Köşkündə qəbul edən Baş nazi Davudoğlu, Türk, Kürd, Şiə və Sünni qardaşlığının əbədi olaraq davam edəcəyini vurğulayıb. “DEAŞ və PKK dövlətimizin qarşısında boyun əymək məcburiyyətində qalacaq” deyə bildirən Baş nazir, bu torpaqlarda qarşıdurma yaradanların cəza alacaqlarını xüsusilə vurğulayıb. Davudoğlu, ictimai asayişi pozan, vətəndaşların həyatı üçün təhdid yaradan, gəncləri dağlara aparan qüvvələrə qarşı addımlar atdığını bildirib. Baş nazir, terrorçuların xain ǝmǝllǝrinǝ və xarici dəstəkçilərinə baxmayaraq bu torpaqlarda etnik, dini və məzhəb qardaşlığının əbədi olaraq davam edəcəyini qeyd edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr