Davudoğlu CHP və MHP liderlərilə təkrar bir araya gəlməyə hazır

Baş nazir Əhməd Davudoğlu bazar ertəsi günü dolacaq 45 günlük hökumət qurma müddətindən əvvəl müxalifətə müraciət edib.

336538
Davudoğlu CHP və MHP liderlərilə təkrar bir araya gəlməyə hazır

  Davudoğlu CHP və MHP liderlərilə təkrar bir araya gəlməyə hazır olduğunu bildirib.

  "Erkən seçki qərarını prezident deyil, Məclis versin" deyən Davudoğlu üzünü maxalifət liderlərinə tutub: "Hörmətli Kılıçdaroğlu və hörmətli Bahçeliyə müraciət edirəm. Ən qısa zamanda harada və hansı şərtlərdə istəsələr, erkən seçki mövzusunda bir araya gəlməyə hazıram".

  Bu çağırış cavabsız qalsa, seçki hökuməti qurulmasının gündəmə gələcəyini bildirən Baş nazir deyib: “Bütün partiyalardan qurulacaq bu seçki hökumətinə üzvlər təyin edilməlidir”.

  HDP-nin seçki hökumətində yer almasına da münasibət bildirən Davudoğlu bunları deyib: "CHP və MHP bu çağırışa cavab versə, belə bir təhlükəsizlik problemiylə də qarşı-qarşıya qalmarıq".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr