Dünya Humanitar Zirvəsi İstanbulda keçiriləcək

Tədbir 2016-cı ildə baş tutacaq

336002
Dünya Humanitar Zirvəsi İstanbulda keçiriləcək

Türkiyə, yardım sahəsində beynəlxalq ictimaiyyətə nümunə olmaqda davam edir. Türkiyə, bu sahədə əhəmiyyətli bir zirvəyə də ev sahibliyi edəcək. Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyi (AFAD) rəhbəri Fuat Oktay, ötən gün Dünya Humanitar Yardım Günü münasibətilə keçirilən yığıncaqda , Birləşmiş Millətlər Təşkilatının gələn il ilk dəfə təşkil etdiyi Dünya Humanitar Zirvəsinin İstanbulda keçiriləcəyini söyləyib. 193 ölkənin iştirak edəcəyi Zirvə 2016-cı ilin 23-24 May tarixlərində təşkil ediləcək. Xatırladaq ki, 2003-ci ildə Bağdadda Birləşmiş Millətlər Təşkilatının Mərkəzinə təşkil edilən hücum nəticəsində 22 nəfərin həyatını itirməsindən sonra 19 avqust, Dünya Humanitar Yardım və İşçilər Günü elan edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr