Terror tǝşkilatı mǝnsublarına yönǝldilmiş ǝmǝliyyat davam edir
Siirt şǝhǝrindǝ keşik çǝkǝn hǝrbi maşına terrorçular tǝrǝfindǝn edilǝn hücum nǝticǝsindǝ 8 ǝsgǝr şǝhid olub.
![Terror tǝşkilatı mǝnsublarına yönǝldilmiş ǝmǝliyyat davam edir](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/10-11/Files/UploadedImages/4968523479terr.jpg?time=1718836160)
Siirt şǝhǝrindǝ keşik çǝkǝn hǝrbi maşına terrorçular tǝrǝfindǝn edilǝn hücum nǝticǝsindǝ 8 ǝsgǝr şǝhid olub.
Hadisǝ terrorçuların şǝhǝrin Şirvan ilǝ Pǝrvari qǝsǝbǝlǝri arasındakı şose yola yerlǝşdirdiklǝri bombanı maşının keçişi zamanı uzaqdan partlatması nǝticǝsindǝ yaranıb. Hücum nǝticǝsindǝ yaralanan ǝsgǝrlǝr isǝ xǝstǝxanaya yerlǝşdirilib.
Türk Silahlı Qüvvǝlǝri Diyarbǝkirin Licǝ vǝ Hani qǝsǝbǝlǝrindǝ yol kǝsǝn terror tǝşkilatı PKK üzvü terrorçulara yönǝldilmiş ǝmǝliyyatda daha 5 ǝsgǝrin şǝhid olduğunu açıqlayıb.
Terrorçulara qarşı aparılan mübarizǝdǝ üç ǝsgǝr isǝ yaralanıb.
Bölgǝdǝ yol kǝsǝn, saxladıqları maşınlarda insanların vǝsiqǝlǝrini yoxlayan vǝ tǝhlükǝsizlik qüvvǝlǝrinǝ pusqu quran terror tǝşkilatı mǝnsublarına yönǝldilmiş ǝmǝliyyat davam edir.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718836160)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718836160)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq