Dünǝn "Dünya Rabia Günü" olaraq qeyd edildi

Misirdǝ “Rabiatül Әdǝviyyǝ Meydanı”na tǝşkil edilǝn qanlı hücumun ildönümündǝ Türkiyǝ ilǝ yanaşı 30-dan artıq ölkǝdǝ müxtǝlif tǝdbirlǝr keçirilir.

327902
Dünǝn "Dünya Rabia Günü" olaraq qeyd edildi

Dünǝn Dünya Rabia Günü olaraq qeyd edildi.
Misirdǝ “Rabiatül Әdǝviyyǝ Meydanı”na tǝşkil edilǝn qanlı hücumun ildönümündǝ Türkiyǝ ilǝ yanaşı 30-dan artıq ölkǝdǝ müxtǝlif tǝdbirlǝr keçirilir.
Misirdǝ seçki nǝticǝsindǝ hakimiyyǝtǝ gǝlmiş ilk prezident Mǝhǝmmǝd Mursinin xuntaçılar tǝrǝfindǝn devrilǝrǝk minlǝrlǝ insanın Rabia Meydanında qǝtl edilmǝsinin ildönümü bütün dünyada “Rabia Günü” olaraq xatırlanır.
Hǝmin çǝrçivǝdǝ İstanbulda keçirilǝn tǝdbir Qurandan oxunan ayǝlǝrlǝ başlayıb. Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın göndǝrdiyi mesaj da tǝdbirdǝ oxunub.
Tǝdbirdǝ “Beynǝlxalq Rabia Platforması”nın fǝaliyyǝtlǝrinǝ dǝstǝk olanlara mükafat verilib.
Dövlǝt başçısı Әrdoğana “Rabia Şǝrǝf Mükafatı” verilib.
Platformanın fǝaliyyǝtlǝrinǝ verdiyi dǝstǝyǝ görǝ TRT Xǝbǝr vǝ İdman şöbǝsinin sǝdri Nasuhi Güngörǝ dǝ mükafat verilib.
Bugün isǝ Milli Türk Tǝlǝbǝ Birliyi konfrans salonunda “İslam Dünyasında Yaxşı İdarǝetmǝ Simpoziumu” keçirilǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr