Mevlüt Çavuşoğlu ilə Enn Bırassöğr arasında telefon danışığı olu

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının rəhbəri Enn Bırassöğr ilə telefonla danışıb.

325006
Mevlüt Çavuşoğlu ilə Enn Bırassöğr arasında telefon danışığı olu

Diplomatik qaynaqlardan verilən məlumata görə AŞPA prezidenti Bırassöğr son günlərdə baş verən terror aktlarında həyatını itirənlər ilə bağlı baş sağlığı verərək terroru qınadığını vurğulayıb. Nazir Çavuşoğlu xüsusilə son dövrdə meydana gələn terror aktları və Türkiyənin PKK və DEAŞ terroruna qarşı apardığı mübarizə tədbirləri haqqında məlumat verib. Telefon danışığında Çavuşoğlu həmsöhbətinə terrorun sona çatdırılması ilə bağlı hökumət tərəfindən başladılan sülh prosesinin PKK-nın terror aktları səbəbi ilə iflasa uğradığını vurğulayıb. Telefon danışığı təşəbbüsünün AŞPA prezidentindən gəldiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr