DEAŞ-a qarşı mübarizə sahəsində əməkdaşlıq davam edir

Amerika Birləşmiş Ştatları ilə Türkiyənin DEAŞ-a qarşı mübarizə sahəsində əməkdaşlıqlarının artması davam edir.

321909
 DEAŞ-a qarşı mübarizə sahəsində əməkdaşlıq davam edir

Amerika Birləşmiş Ştatları ilə Türkiyənin DEAŞ-a qarşı mübarizə sahəsində əməkdaşlıqlarının artması davam edir.
Pentaqonun sözçüsü Ceyms Brindil DEAŞ ilə mübarizə çərçivəsində İncirlik hava bazasından pilotlu təyyarələrlə əməliyyatın yaxın zamanda başlayacağının siqnallarını verib.
Türkiyənin terror təşkilatı DEAŞ-a qarşı hava əməliyyatlarında iştirakı ilə bağlı qərarlı öhdəliyinin davam etdiyini xatırladan Brindil Amerika Hava Qüvvələrinə aid altı F-16 döyüş təyyarəsinin göndərildiyi İncirlik hava bazasında əməliyyatların yaxın zamanlarda başlayacağına ümid etdiklərini söyləyib.
Əməliyyatların Türk Baş Qərargahı ilə koordinasiya ediləcəyini vurğulayan Pentaqonun sözçüsü lazım gələcəyi tədqirdə əlavə qüvvələrin cəlb edilə biləcəyini də ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr