Çavuşoğlu: ‘‘ Yaxında DEAŞ-a qarşı əhatəli mübarizə prosesi başl

Xarici işlər naziri Mevlüt Çavuşoğlu çox yaxın zamanda terror təşkilatı DEAŞ ilə daha əhatəli bir mübarizə prosesinin başlayacağını açıqlayıb.

316701
Çavuşoğlu: ‘‘ Yaxında DEAŞ-a qarşı əhatəli mübarizə prosesi başl

Cənub-Şərqi Asiya Ölkələri Birliyi olan ASEAN-nın 48-ci Xarici İşlər Nazirləri konfransına qatılmaq üçün Malayziyada olan nazir TRT-nin suallarını cavablandırıb. "Pilotlu və pilotsuz Amerika təyyarələrinin gəlməyə başladığını görürük. Yaxında DEAŞ-a qarşı həmişə birlikdə əhatəli bir mübarizəni başlatmış olacağıq" deyə Çavuşoğlu bildirib. İstər DEAŞ istərsə də rejimə qarşı mübarizədə effektin ancaq tək başına kafi olmadığını söylədiklərini və bu gün haqlı olduqlarının göründüyünü ifadə edən Çavuşoğlu hazırda xüsusilə Amerika ilə əldə edilən razılaşmanın nəticəsində bazaların istifadəsi, xüsusilə İncirliyin istifadəyə verilməsi mövzusunda xeyli məsafə qət edildiyini deyib. "DEAŞ-dan geri alınan ərazilər istər istəməz təbii bir etibarlı bölgə halına gələcək, Bu etibarlı bölgədə mülayim müxaliflər də olacaq. Dönmek istəyən yada köçə məcbur edilən insanlar dönmək istəyirsə da onlara köməkçi olacağıq. Biz heç bir zaman Türkiyəyə həm zalım Əsəd rejimindən həm də DEAŞ kimi terror təşkilatlarından qaçaraq gələn insanlara qapımızı bağlamadıq” deyə nazir bildirib. Çavuşoğlu Suriya böhranını həm Rus, həm də Amerikalı həmkarları ilə apardığı danışıqlarında əhatəli bir şəkildə müzakirə etdiklərini ifadə edib. Mevlüt Çavuşoğlunun Malayziyadakı dayanacaqlarından biri də İslam Universiteti olub. Gündəmində terrorla mübarizə və islamofobia olan Çavuşoğlu terrorla mübarizə aparılmasının vacibliyini vurğulayıb. Problemlərin həlli üçün birlik çağırışı edən Çavuşoğlu "Xüsusilə Malayziya Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələr bir araya gəlməli. Məzhəbçilik problemin öhdəsindən də gələrək birlikdə çalışmalıyıq" deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr