Ali Hərbi Şuranın iclası öz işinə başlayıb

Baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə Ali Hərbi Şuranın iclası öz işinə başlayıb.

312931
Ali Hərbi Şuranın iclası öz işinə başlayıb

Avqustun 5-nə qədər davam edəcək toplantıya Milli Müdafiə naziri Vecdi Gönül, baş qərargah rəisi ordu generalı Necdət Özel və yüksək səviyyəli ordu komandanları qatılıb. Şura üzvləri əvvəlcə Anitkabiri ziyarət ediblər, Baş nazir Əhməd Davudoğlu burada Mustafa Kamal Atatürkün movzoleyinə gül çələngi qoyaraq Anıtkabir xüsusi dəftərinə imza atıb. Ziyarətdən sonra Ali Hərbi Şuranın üzvüləri Baş qərargah keçib. Şurada Türk Silahlı Qüvvələrinin rəhbərliyi yenidən formalaşdıralacaq. Dörd illik vəzifə səlahiyyəti başa çatan Baş qərargah rəisi ordu generalı Necdət Özal təqaüdə çıxacaq. Eyni zamanda Deniz və Hava qüvvələri komandanlarının və Jandarma baş komandanında səlahiyyət müddətləri sona çatır. Həmçinin şurada bir sıra general və admiraların vəzifə müddətlərinin uzadılması və təqaüdə çıxmaları ilə bağlı mövzularda müzakirə ediləcək. İntizamsızlıq və əxlaqi davranış səbəbləri ilə Türk Silahlı Qüvvələrindən ayrılacaq şəxslər və digər başqa mövzular da şurada müzakirə olunacaq. Şurada qəbul olunan qərarlar prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunduqdan sonra ictimaiyyətə açıqlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr