Türkiyə baş nazirindən sərt açıqlama

Davudoğlu : “Terror təşkilatlarının hərəkətləri cəzasız qalmayacaq”

310481
Türkiyə baş nazirindən sərt açıqlama

Baş nazir Əhməd Davudoğlu Washington Post qəzetində nəşr olunan məqaləsində Türkiyəni hədəf alan terror təşkilatlarının hərəkətlərinin cəzasız qalmayacağını bilinməsinin lazım olduğunu ifadə edib. Türkiyənin hökümət başçısı ABŞ ilə ən yüksək səviyyədə əldə olunan razılaşmanın müttəfiqlərlə birlikdə terrorçulara qarşı daha təsirli bir mübarizə təmin edəcəyini də qeyd edib. “Qüvvələrimiz yalnız DEAŞ-ın çirkin bir terrorçu mövcudluğunu zəyiflətmiş və nəhayət yox etmiş olmayacağıq. Eyni zamanda Əsəd rejimi və DEAŞ-a qarşı döyüşən tək aktyor olan Suriyalı mülayim müxaliflərə kömək əli uzatmış olacağıq” deyə baş nazir bildirib. Davudoğlu ABŞ tərəfindən də terrorçu təşkilat olaraq tanınan PKK-nın da DEAŞ ilə eyni mənşə və ideologiyaya sahib olmamasına baxmayaraq birlikdə Suriyadakı vəziyyətdən istifadə edib qərbin gözündəki mövqeyini gücləndirmək üçün bir dəfə daha terrora müraciət etdiyini vurğulayıb. Demokratikləşmənin daha da artıraraq on illərin şiddətini sona çatdırmaq üçün tarixi bir proses icra etdiklərini amma bunun PKK silahları və şiddəti buraxmadan və silahlı adamları Türkiyədən çəkmədən nəticəyə çata bilməyəcəyini yazan Davudoğlu məqaləsini belə davam etdirib. "Türkiyəni hədəf alan terrorçu təşkilatlar bilməlidir ki, hərəkətləri cəzasız qalmayacaq və beynəlxalq qanunlar uyğun bütün hüquqlara sahib olaraq onların hərəkətlərinə tam qətiyyətlə cavab verəcəyik. Bu həll axtarışlarının sona çatdığı mənasını vermir. Tam tərsinə, Türkiyədə yeni bir hökumət qurulunca, buna məntiqli bir həll gətirmək üçün ən sürətli şəkildə mövzunu irəli aparmağa qərarlıyam. Lakin bu arada, PKK terroru dayanmalı və silahlı adamları Türkiyədən çəkməlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr