Numan Kurtulmuş Dünya Krım Tatar Konqresinə qatılıb

Baş nazirın müavini Numan Kurtulmuş Ankarada keçirilən Dünya Krım Tatar Konqresinə qatılıb

310802
Numan Kurtulmuş Dünya Krım Tatar Konqresinə qatılıb

Krımın qeyri-qanuni bir şəkildə beynəlxalq hüquqa zidd olaraq işğal edilir deyən  Numan Kurtulmuş Türkiyənin bu qeyri-qanuni ilhaqı tanımadığını söyləyib. Kurtulmuş, Krım tarixinin həm ağrının, hüznün, sürgünün, basqını və zülmün tarixi, həm də mübarəzə və mübarizənin tarixi olduğuna işarə edib. Türkiyənin bütün təşkilatları ilə Krım xalqının ehtiyaclarını qarşılamağa  çalışdığını ifadə edən Kurtulmuş, "Krım xalqının məktəblərinin inşasından, məscidlərinin inşasına qədər, xəstəxanalarına və ictimai layihələrinə qədər hansı ehtiyacları varsa bu ehtiyacları aradan qaldırmaq üçün əlimizdən gələn səyi ortaya qoyacağıq" deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr