Türkiyə terrora qarşı mübarizəyə davam edir

DEAŞ, PKK və DHKP-C-yə istiqamətli əməliyyatlar təşkil edilir.

307354
Türkiyə terrora qarşı mübarizəyə davam edir

Xarici İşlәr Nazirliyi nәzdindә yaradılan koordinasiya mərkəzinin fәaliyyәtlәri çәrçivәdә ötәn gün növbәti xüsusi təhlükəsizlik yığıncağı keçirilib.
Baş nazir Əhməd Davudoğlunun başçılığında 3 saat davam edən toplantıya əlaqədar nazirlər, Baş qərargah rәisi ordu Generalı Necdət Özәl, komandirlər vә milli kәşfiyyatın başçısı Hakan Fidan ilә digәr rәsmilәr qatılıb.
Yığıncaqda DEAŞ və PKK-ya istiqamətli davam edәn hava əməliyyatları, terror təşkilatlarına endirilәn zәrbә və bundan sonra atılası addımlar müzakirә edilib. Terror aktlarına qarşı hәyata keçirilәcәk tәdbirlәr dәyәrlәndirilib. Sərhəddə qurulan "fiziki müdafiə sistemi"nә dair görülәn işlәr ilә bağlı fikir mübadilәsi aparılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr