Terrorçular tərəfindən xain hücumda 3 əsgər şəhid oldu

Şırnakın Akçay qəsəbəsində terrorçular tərəfindən təşkil edilən xain hücumda 3 əsgər şəhid olub.

308027
Terrorçular tərəfindən xain hücumda 3 əsgər şəhid oldu

  Məlumat Baş Qərargah İdarəsindən verilib.

  Bu səhər saat 09.10-da Şırnak Akçaya aid Görmeç və Seslice Üs bölgələrinə qayıdan, həbçiləri daşıyan, təhlükəsizlik güclərinə aid olan maşın terrorçular tərəfindən uzun lüləli silahlardan atəşə tutulub, 1 zabit, 1 çavuş və 1 əsgər olmaqla 3 hərbçi şəhid olub.

  Hadisədən dərhal sonra bölgəyə pilotsuz hava vasitəsi, vertolyot və qruplar sövq edilib. Əməliyyatda 1 terrorçu zərərsizləşdirilib.

  Terrorçulara qarşı əməliyyatların davam edəcəyini bildirən Baş Qərargah İdarəsi 3 əsgərin şəhid edilməsiylə əlaqədar başsağlığı verib: "Əziz şəhidlərimizə Allahdan rəhmət, onların qiymətli ailələrinə, yaxınlarına, Türk Silahlı Qüvvələri mənsublarına və Uca Millətimizə başsağlığı və səbir diləyirik".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr