Mәrsin şәhәrindә zәlzәlә baş verib

Mersin körfəzi sahillərində 5 bal gücündə zəlzələ baş verib.

307360
Mәrsin şәhәrindә zәlzәlә baş verib

Türkiyә vaxtı ilә saat 01:00-də qeydə alınan yeraltı təkanların episentri Aralıq dənizində, Mersin körfəzində yerləşib.
Zəlzələ Mersin, Adana, Osmaniye, Alanya və Qaziantepdə hiss olunub.
Hadisədən sonra sakinlər təşvişə düşərək küçələrə çıxıb.
İlkin məlumatlara əsasən, zәlzәlә nəticəsində zərərçəkən olmayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr