Ərdoğan İordaniya Kralı və İtaliya Baş nazirilə danışıb

Başda DEAŞ və PKK olmaqla terror təşkilatlarına qarşı Türkiyənin etdiyi əməliyyatlarla bağlı məlumatlandırma çərçivəsində dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İordaniya Kralı Abdullah ibn Hüseyn və İtaliyanın Baş naziri Matteo Renzi ilə telefonda danışıb.

305789
Ərdoğan İordaniya Kralı və İtaliya Baş nazirilə danışıb

  Çin Xalq Respublikasına səfərindən əvvəl Kral Abdullaha zəng edən Ərdoğan Suriyadakı xaosun Türkiyə ilə yanaşı İordaniyaya da mənfi təsir etdiyini, əməliyyatlarda Türkiyənin qanuni müdafiə haqqını izah edib.

  Kral Abdullah da son günlər PKK terrorçuları üzündən əsgər və polislərin ölümündən dərin kədər duyduğunu bildirib, Ərdoğan və Türkiyə xalqına başsağlığını çatdırıb. DEAŞ da daxil olmaqla terrorizmin hər növünə qarşı olduqlarını deyən Kral Abdullah bu mübarizədə Türkiyəyə dəstək verdiklərini söyləyib.

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Matteo Renzi ilə də telefonla danışıb və terrorla mübarizə çərçivəsində Türkiyənin təşkil etdiyi əməliyyatlarla bağlı onu da məlumatlandırıb.

  Renzi bu mübarizədə Türkiyənin yanında olduqlarını vurğulayaraq sonra terror hücumlarında həyatını itirən vətəndaşlar və təhlükəsizlik işçiləri üçün başsağlığı verib.

  Ərdoğan və Renzi telefon danışığında Misir və Liviyada çıxan son edam qərarları barədə də danışıb, bu ölkələrdəki problemlərə həll yolu tapmaq yollarını müzakirə ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr