"İncirlik Hava Bazası hər an istifadə edilə bilər", T.Bilgiç

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Nazirlikdə etdiyi mətbuat konfransında gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

306756
"İncirlik Hava Bazası hər an istifadə edilə bilər", T.Bilgiç

  Bilgiç DEAŞ-a qarşı əməliyyatlarda Türkiyədəki hava bazalarının ABŞ və bəzi koalisiya ölkələri tərəfindən istifadə edilməsinə icazə verən, Nazirlər Kabinetində hazırlanan qərarın tamamlandığını və İncirlik Hava Bazasının hər an istifadə edilə biləcəyini söyləyib, bu və koalisiya ölkələrilə bağlı digər mövzularda qərarı ABŞ-la birgə verəcəklərini deyib.

  Suriyadakı vəziyyətin günbəgün pisləşdiyini deyən Bilgiç Türkiyədə təxminən 2 milyon köçkünün yerləşdiyi, bunların 1,7 milyonunun suriyalılardan ibarət olduğu və bu insanların bir gün öz ölkələrinə geri dönməyi gözlədiklərini söyləyib.

  Suriyalıların öz ölkələrinə qayıtması üçün şərtlərin təmin edilməsilə bağlı ABŞ-la razılığa gəlindiyini söyləyən Tanju Bilgiç Nazirlər Kabinetinin də qərar prosesini tamamladıqlarını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr