NATO Türkiyənin çağırışına cavab olaraq fövqəladə iclas etdi

NATO-nun Baş katibi Yenz Stoltenberq (Jens Stoltenberg) terrorla mübarizədə Türkiyəyə dəstək verdiklərini bildirib.

305335
NATO Türkiyənin çağırışına cavab olaraq fövqəladə iclas etdi

  Türkiyənin çağırışından sonra NATO Brüsseldə fövqəladə iclas edib.

  Türkiyə tərəfi yığıncaqda NATO-ya üzv digər ölkələr qarşısında son zamanlar yaşanan hadisələr və alınan tədbirlər haqqında məlumat verib.

  Stoltenberq də çıxışı zamanı terrorun hər növünə qarşı olduqlarını və bu barədə ittifaqın güclü şəkildə Türkiyənin yanında olacağını bildirib və: "NATO müttəfiqi Türkiyə ilə güclü bir həmrəylik içindədir və hər zaman yanında olacaq" ifadələrini işlədib.

  "Türkiyəni hədəfə alan terrorçu hücumları çox qınayırıq" deyən Stoltenberq Türkiyə hökumətinə və terror hücumlarında şəhid olanların yaxınlarına başsağlığı diləyib, "Terrorizm heç bir şəkildə haqlı ola və bağışlana bilməz" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr