NATO-dan Türkiyəyə dəstək cavabı gəldi

NATO-nun Baş katibi Yenz Stoltenberq (Jens Stoltenberg) terrorla mübarizədə Türkiyəyə dəstək verib.

304969
NATO-dan Türkiyəyə dəstək cavabı gəldi

  Türkiyənin çağırışından sonra NATO Brüsseldə fövqəladə iclas edib.

  Stoltenberq yığıncaq zamanı çıxışında terrorun hər növünə qarşı olduqlarını və bu barədə ittifaqın güclü şəkildə Türkiyənin yanında olacağını bildirib və: "NATO müttəfiqi Türkiyə ilə güclü bir həmrəylik içindədir" ifadəsini işlədib.

  Türkiyə hökumətinə və terror hücumlarında şəhid olanların yaxınlarına başsağlığı diləyən Stoltenberq NATO-nu baş verənləri yaxından izlədiyini bildirib.

  NATO-nun 4-cü maddəsinə istinadən edilən yığıncaq mətbuata bağlı olaraq reallaşıb.

  Qeyd edək ki, NATO 66 illik tarixində 5-ci dəfədir ki, 4-cü maddəyə əsaslanaraq fövqəladə iclas edib.

  İttifaqın 4-cü maddəsi budur: “NATO üzvlərindən hər hansı birinin ərazi bütövlüyü, suverenliyi və ya təhlükəsizliyi təhdid altına düşərsə, bütün tərəflər məsləhətləşmələr üçün bir araya gəlməlidir”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr