Mevlüt Çavuşoğlu Portuqaliyalı həmkarı ilə görüşüb

Xarici işlər naziri Mevlüt Çavuşoğlu rəsmi səfərdə olduğu Portuqaliyada həmkarı Rui Machete görüşüb.

304602
Mevlüt Çavuşoğlu Portuqaliyalı həmkarı ilə görüşüb

Təkbətək və heyətlərarası görüşlərdən sonra keçirilən birgə mətbuat konfransında Çavuşoğlu öncə Türkiyənin Avropa Birliyinə üzvlüyünə verdiyi dəstəyə görə Portuqaliyaya təşəkkür edib. Türkiyənin Portuqal dilli Ölkələr Birliyinə müşahidəçi üzv olduğunu xatırladan Çavuşoğlu bu üzvlüyün ikitərəfli əlaqələrə yeni bir təkan verəcəyini ifadə edib. İki ölkənin NATO müttəfiqi olaraq regional və beynəlxalq məsələlərə bənzər şəkildə münasibət sərgilədiyini söyləyən Çavuşoğlu müdafiə sahəsində əməkdaşlığın davam edəcəyini və terrorun hər növü ilə qərarlı bir şəkildə döyüşəcəklərini vurğulayıb. Çavuşoğlu ayrıca Türkiyə Portuqaliya İkinci Hükumətlərararası toplantısının da Ankarada keçiriləcəyini bildirib. Portuqaliya xarici işlər naziri Machete isə Türkiyənin Latın Amerikası və Afrikadakı Portuqal dilli ölkələrlə siyasi və iqtisadi əlaqələrini gücləndirmək üçün Portuqaliya ilə əməkdaşlığın əhəmiyyətinə toxundu və Türkiyənin də eyni şəkildə Portuqaliyanın Cənub-Şərqi Asiya, Orta Asiya və Yaxın Şərq bazarlarına açılmasında əhəmiyyətli bir rol oynadığını söyləyib. Sonra hər iki nazir 27 iyul 1983-cü ildə erməni terror təşkilatı ASALA tərəfindən qətlə yetirilən Türkiyənin Portuqaliyadakı səfirliyinin müşaviri Yurtseven Mıhçıoğlunun həyat yoldaşı Cahide Mıhçıoğlu və Portuqaliyalı polis əməkdaşı Manuel Pacheconun xatirəsinə inşa edilən abidənin açılışını ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr