TBMM fövqəladə iclas edir

Türkiyə Böyük Millət Məclisi son günlərin terror hadisələriylə bağlı 29 iyul çərşənbə günü fövqəladə iclas keçirəcək.

304066
TBMM fövqəladə iclas edir

  Məclis sədri İsmət Yılmaz fövqəladə toplantı çağırışını partiya qruplarına göndərib.

  Respublika Xalq Partiyası Suruçdakı hücum, artan terror hadisələri ilə əlaqədar fövqəladə toplantı müraciəti etmiş, CHP hadisələrlə bağlı Məclisin araşdırma aparmasını, HDP isə ümumi görüş istəmişdi.

  İsmət Yılmaz fövqəladə iclas müraciətinə müsbət cavab verib və TBMM Baş Məclisini 29 iyul çərşənbə günü saat 15.00-da çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr