Türkiyə DEAŞ-a qarşı əhəmiyyətli addımlar atır

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama arasında telefon danışıqları olub.

384578
Türkiyə DEAŞ-a qarşı əhəmiyyətli addımlar atır

  Ağ Evin sözçüsü Coş Ernest (Josh Earnest) telefon danışıqları haqqında "Spesifik əməliyyatın təhlükəsizlik qayğıları" deyərək sualları cavablandırmayıb, sadəcə bu sözlərlə kifayətlənib: ''Söhbət zamanı hər iki lider DEAŞ-a qarşı əməkdaşlığı dərinləşdirməklə bağlı razılığıa gəliblər".

  Coş Ernest DEAŞ əleyhinə koalisiyanı dəstəkləyən Türkiyənin suriyalı seçilmiş müxaliflərə istiqamətli təlim-təchiz proqramına rəhbərliyindən danışıb, Türkiyənin xarici döyüşçü axınını nəzarət altına almaq üçün əhəmiyyətli addımlar atdığına işarə edib və bu məsələdə təkcə Türkiyənin deyil, bütün ölkələrin məsuliyyət daşıdığını bildirib.

  Türkiyənin cənub sərhədi boyu yaşananların da qayğı yaratdığına toxunan Ağ Ev sözçüsü daha sonra Türkiyənin humanitar yardım səylərindən danışaraq: ''Türkiyə böyük bir yük daşıyır " ifadəsini işlədib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr