Davudoğlu: hər terror təşkilatı dövdətdən eyni cavabı alacaq

Gənclərin canına qıyan DEAŞ, polis, əsgər bir sözlə günahsız vətəndaşlara güllə sıxan PKK, dövlətdən eyni cavabı alacaq.

384071
Davudoğlu: hər terror təşkilatı dövdətdən eyni cavabı alacaq

Baş nazir Əhməd Davudoğlu Twitter hesabından dünən etdiyi şərhdə, bildirib ki, gənclərin canına qıyan DEAŞ, polis, əsgər bir sözlə günahsız vətəndaşlara güllə sıxan PKK, dövlətdən eyni cavabı alacaq. Şanlıurfanın Ceylanpınar qәsәbәsindә iki polisin şəhid edilməsi ilə əlaqədar olaraq təhlükəsizlik orqanlarının istintaqı çox istiqamətli olaraq davam etdirdiyini ifadə edən Davudoğlu açıqlamasında bunları da qeyd edib. "Bu xain hücumun təşkilatçılarının və sifarişçilərinin ən qısa zamanda tutularaq ədalət mühakiməsinə təslim ediləcəyindən kimsənin şübhəsi olmasın. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına və millətimizə başsağlığı diləyirəm." deyə hökumət başçısı bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr