Ağ Evdən bir açıqlama

Bu hadisə '' narahat edicidir''

346891
 Ağ Evdən bir açıqlama

Prezident Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə reallaşdırdığı telefon görüşməsinə bağlı bir açıqlama da Ağ Evdən gəldi.

Şərhdə Obamanın həm Suruç həm də Ceylanpınardakı hücumları qınadığı vurğulanılır. Xarici İşlər Nazirliyi da Ceylanpınardakı hadisə üçün '' narahat edici '' ifadəsini istifadə etdi.

Ağ Evdən edilən şərhdə, Obama və Ərdoğanın iki ölkə arasında, DEAŞ-a qarşı mübarizədə davam edən əməkdaşlığın dǝrinlǝşdirilmǝsinin yanı sıra, İraqa təhlükəsizlik və sabitlik gətirmə və Suriyadakı qarşıdurmalara siyasi həll yolu təmini  istiqamətindəki ortaq səylərin ələ alındığı bildirildi.

Ağ Ev açıqlamasında, iki liderin Amerika və Türkiyənin terrorla mübarizədə birlik içində olduqlarını vurğuladığı ifadə edildi.

Obama və Ərdoğanın “təhlükəsizlik istiqamətində əməkdaşlığı artırma səylərini" ələ aldığı da ifadə edildi.

Şərhdə iki liderin digər regional mövzularda da yaxından işi davam etdirmǝsinin sözü verildi.

Obama Suruç və Ceylanpınardakı hücum qurbanlarının yaxınlarına Amerika xalqı adından başsağlığı çatdırdı.

Digər tərəfdən Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyi  Ceylanpınarda iki polisin şəhid edilməsi ilə əlaqədar olaraq '' çox narahat edicidir "ifadəsini istifadə etdi.

Xarici işlər nazirliyi sözçüsü John Kirby: "Türkiyə DEAŞ ilə mübarizədə qorxusuz bir müttəfiq , dəstək və əməkdaşlığa malik bir ölkədir '' dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr