Türkiyə terrorun hər növüylə mübarizə aparmağa qərarlıdır

Türkiyə dövlət başçısı sözçüsü İbrahim Kalın Türkiyənin DEAŞ terrorunu qınamadığı və mənsublarına qarşı əməliyyat təşkil etmədiyi iddialarının reallıqdan kənar olduğunu söyləyib.

383438
Türkiyə terrorun hər növüylə mübarizə aparmağa qərarlıdır

  Türkiyənin DEAŞ-ı hələ 2013-ci ilin oktyabr ayında terror təşkilatları siyahısına saldığını xatırladan Kalın onu da bildirib ki, “Bu tətbiq daxilində bu günə qədər təşkilatla əlaqəsi olduğu təsbit edilən 600 xarici adam sərhəddən çıxarılıb, 15 mindən çox adama isə Türkiyəyə gəlmək qadağan olunub. Türkiyə DEAŞ da daxil olmaqla bütün terror təşkilatlarına qarşıdır, terrorun hər növüylə mübarizə aparmaqda qərarlıdır, bunu şərh etməyə ehtiyac qalmayacaq şəkildə açıq və dəqiqdir. Əksinə, PKK-nın terror hərəkətlərinə qarşı çıxmayan, özünü ona şirin göstərən və fəaliyyətini qanuniləşdirməyə səy sərf edənlər göz qabağındadır.”

  Daha sonra dövlət başçısı sözçüsü Kalın Suruçdakı hadisələrə toxunub və deyib: “Terror hücumunun fəallarını tapmaq, hadisəni işıqlandırmaq, yaralı vətəndaşları müalicə etmək üçün dövlət bütün əlaqədar təşkilatları səfərbər edilib. Məsələylə bağlı təhlükəsizlik xidməti və məhkəmə orqanları əhatəli işlərini davam etdirir. Bütün bu qədər həqiqətlər ortadaykən, bəzi siyasətçilər özlərinin siyasi reytinqləri naminə vətəndaşlarımızı təhrik edir, millətimizi ağrıya boğan terror hücumundan belə düşmənçilik toxumları əkmə fürsəti qazanırlar ki, həqiqətən təəssüfedici haldır.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr