Xain hücum lәnәtlәnib

Ötәn gün Şanlıurfa vilayәtinin Suruç qәsәbәsindә törәdilәn terror hücumu beynәlxalq cәmiyyәt tәrәfindәn lәnәtlәnib.

382922
 Xain hücum lәnәtlәnib

Xain hücum, Amerika Birləşmiş Ştatları vә Rusiya başda olmaqla bir çox dövlət və rəsmi quruluş tәrifindәn qınanıb.
BMT baş katibi Pan Ki-mun, heç bir səbəblә dinc sakinlәrin hәdәf götürülmәsinin legitim göstәrilә bilmәyәcәyini ifadә edәrәk Suruçdakı terror hücumunu lәnәtlәyib. .
NATO və Avropa İttifaqından verilәn açıqlamalarda da xain hücum qınanıb.
Ağ Evin sözçüsü Josh Earnest, növbәti mətbuat konfransında, hücumda həyatını itirən qurbanların ailələrinə başsağlığı verib. Türkiyә hökuməti və xalqının yanında olduqlarını, terror təhdidinə qarşı mövcud әmәkdaşlığın davam edәcәyini vurğulayıb.
Rusiya Dövlət Başçısı Vladimir Putin də, hadisәdәn sonra prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərib.
Xain hücumu qınadığını ifadә edәn Putin, terrora qarşı mübarizədə beynəlxalq cəmiyyətin güclü әmәkdaşlıq etmәsinin vacibliyini qeyd edib.
Fransa xarici işlər naziri Laurent Fabius da, yazılı açıqlamasında hücumu lәnәtlәdiklәrini bildirib. Pakistan, Qətər və Misir də, Suruçdә hәyata keçirilәn terror atkını qınayıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr