"Türkiyə hər sahədə Qıbrız türkünün yanındadır", Ə.Davudoğlu

Baş nazir Əhməd Davudoğlu Qıbrız (Kipr) Sülh və Azadlıq Hərəkatının 41-ci ildönümü münasibətilə çıxış edib.

346320
"Türkiyə hər sahədə Qıbrız türkünün yanındadır", Ə.Davudoğlu

  Qıbrız Sülh və Azadlıq Hərəkatının əhəmiyyətinə toxunan Baş nazir deyib: "41-ci ilini qeyd etdiyimiz Qıbrız Sülh və Azdlıq Hərəkatı tarixə qan və gözyaşını dayandıran, sülh gətirən nadir bir hərbi əməliyyat kimi düşüb. O gün çətin şərtlər altında Qıbrız türk xalqının yanında olan Türkiyə Respublikası bu gün də hər an, hər sahədə və daha güclü şəkildə Qıbrız türk xalqının yanındadır".

  Davudoğlu qardaş Qıbrız türkünün 20 iyul Sülh və Azadlıq Bayramını ürəkdən təbrik edərək "Aralıq dənizində sabitlik, sülh, təhlükəsizlik və ədalət istəyənlər hər zaman əməkdaşlığa açıq bir Türkiyə tapacaqlar" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr