3 günlük Ramazan bayramı Türkiyə və bütün İslam aləmində

Bir ay boyu tutulan oruclar qılınan bayram namazları ilə taclanır. Qurulan süfrələrdə bir yerə gəlinir, şirin söhbətlər edilir.

381393
3 günlük Ramazan bayramı Türkiyə və bütün İslam aləmində

  Mübarək Ramazan bayramı könüllərin alınması, küsülülərin barışması, dost və qohum ziyarətlərinin edilməsi üçün ən yaxşı fürsətdir.

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bir çox ölkələrin rəhbərlərinə zəng edərək onları və xalqlarını Ramazan bayramı münasibətilə təbrik edib.

  Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Səlman ibn Əbdüləziz Əl Səud, İran prezidenti Həsən Ruhani, Bosniya və Herseqovina Dövlət İdarəetmə Şurasının boşnak üzvü Bakir İzzətbəyoviç, Somali prezidenti Həsən Şeyx Mahmud, Fələstin dövlət başçısı Mahmud Abbas, Tunis prezidenti Əl-Baci Kaid Əs-Sibsi ilə danışıb.
  İran prezidenti Ruhani Ərdoğana telefon danışığı zamanı həm də nüvə müzakirələri zamanı verdiyi dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib.

  Dövlət başçısı Ərdoğan Həmas Siyasi Bürosunun rəhbəri Xalid Meşal və Tunis Nahda Hərəkatı lideri Raşid Əl-Qannuşi və xalqlarını da telefon vasitəsilə Ramazan bayramı münasibətilə təbrik edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr