İraq Ankaradan hərbi dəstək gözləyir

Türkiyədə səfərdə olan İraqın xarici işlər naziri İbrahim Cəfəri dünən Ankarada bir sıra görüşlər keçirib.

380666
İraq Ankaradan hərbi dəstək gözləyir

İbrahim Cəfəri ilk olaraq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
İkitərəfli əlaqələr daxil olmaqla regional və beynəlxalq məsələlərin müzakirə olunduğu görüşdə DEAŞ prioritet mövzu olaraq gündəmdə olub.
Mövlud Çavuşoğlu birgə mətbuat konfransında İraqdakı mövcud hökuməti dəstəklədiklərini ifadə edərək "İraqın üz-üzə qaldığı problemlər mövzusunda dəstəyimiz davam edəcək” deyib. Çavuşoğlu İraqın ən böyük probleminin DEAŞ terror təşkilatı ilə mübarizə olduğunu vurğulayaraq "DEAŞ terror təşkilatı həm İraq, həm Suriya, həm də Türkiyə üçün böyük təhdiddir. Hər zaman DEAŞ terror təşkilatı ilə mübarizədə İraqın və İraq xalqının yanında olduq, olmağa da davam edəcəyik" deyə bildirib.
İraq xüsusilə hərbi sahədə Türkiyədən dəstək gözləyir. Bu fikirlərin vurgulandığı mətbuat konfransında Türkiyə rəsmisi İraq polisinin Türkiyədə təhsili məsələsini reallaşdıracaqlarını, ordu, əsgərlə əlaqədar təlim-təchiz dəstəyinin də davam edəcəyini söyləyib.
İraq xarici işlər naziri İbrahim Cəfəri prezident Rəcəb Tayyib Ərdoğan, daha sonra Baş nazir Əhməd Davudoğlu tərəfindən də qəbul edilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr