Dəniz Fənəri Dərnəyi humanitar yardım

60 ölkədə 3 milyondan çox adama yardım etdi

380931
Dəniz Fənəri Dərnəyi humanitar yardım

Dəniz Fənəri Dərnəyi 20 il əvvəl bir Ramazan günü başlayan humanitar yardım işlərində 60 ölkədə 3 milyondan çox adama kömək çatdırdı.
Yalnız bu Ramazanda Azərbaycan, Banqladeş, Bosniya, Bolqarıstan, Qana, Efiopiya, Fil Dişi Sahili, Filippin, Fələstin, İraq, Kosovo, Livan, Makedoniya, Pakistan, Somali, Şri-Lanka, Sudan, Tayland, Uqanda və Zimbabwendǝn 16 minǝ yaxın insan Deniz Feneri süfrələrində oruc açdı.
Dərnək Türkiyədə 47 şəhərdə 40 min ailəyə qida və təmizlik vəsaiti çatdırarkǝn 3 min nǝfǝrǝ isə bayramlıq geyim payladı. Suriyalı 15 min ailəyə də qida, geyim və təmizlik vəsaiti yardımı çatdırıldı.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr