Davudoğlu hökuməti qurmaq üçün CHP, MHP, HDP sədrlərilə görüşür

7 İyun Parlament seçkilərindən sonra siyasi cədvəlin zəruri etdiyi koalisiya hökuməti üçün danışıqlar başlanıb.

379939
Davudoğlu hökuməti qurmaq üçün CHP, MHP, HDP sədrlərilə görüşür

  Dövlət başçısı R.T.Ərdoğanın hökuməti qurma vəzifəsini 9 iyulda verdiyi AK Partiya sədri Əhməd Davudoğlu CHP sədri Kamal Kılıçdaroğlu ilə bir araya gəlib.

  Davudoğlu və heyəti sabah MHP sədri və çərşənbə günü HDP həmsədrlərilə görüşəcək.

  Baş nazir ilk turdaki nəticələrə görə ikinci tur danışıqlarına keçəcək.

  10 iyuldan başlayaraq 45 gün içində hökumət qurulmazsa, Türkiyəni yeni seçki mərhələsi gözləyir.

  Türkiyədə 1999-cu il Pallament seçkilərindən bu yana ilk dəfə hökumət qurulması üçün koalisiya danışıqları gedir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr