Xarici işlər naziri Mövlüd Çavuşoğlu Dubrovnikdə səfərdədir

Xarici işlər naziri Mövlüd Çavuşoğlu “Xorvatiya Forumu- 2015”ə qatılmaq üçün Dubrovnikə gedib.

344508
Xarici işlər naziri Mövlüd Çavuşoğlu  Dubrovnikdə səfərdədir

Ölkə prezidenti Kolinda Grabar Kitaroviç tərəfindən qəbul edilən Çavuşoğlu Baş nazirin müavini Vesna Pusic ilə də ikitərəfli görüş keçirib.
Görüşdə Yunanıstandakı son durumun bölgə ölkələrinə təsiri və Türkiyə, Xorvatiya və Bosniya-Herseqovina üçlü mexanizmi toplantısının ən qısa zamanda həyata keçirilməsi müzakirə olunub.
“Xorvatiya Forumu -2015”də çıxışı zamanı Çavuşoğlu Türkiyənin dönəm başçılığını üzərinə götürdüyü G-20-dəki prioritetləri haqqında da danışıb. Mövlüd Çavuşoğlu Türkiyənin dövr başçılığı müddətində üzv ölkələri enerji nazirlərinin ilk dəfə bir araya gələcəyini, həmçinin qida təhlükəsizliyi ilə bağlı məsələlərin də müzakirə olunacağını bildirib.
Xarici işlər naziri Mövlüd Çavuşoğlu Xorvatiya dövlət televiziyasının suallarını da cavablandırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr