Hökuməti qurma vəzifəsi Davutoğluna tapşırıldı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 63-cü hökuməti qurma vəzifəsini AK Partiyanın sədri, Konya üzrə Millət vəkili və Baş nazir Əhməd Davutoğluna tapşırıb.

344354
Hökuməti qurma vəzifəsi Davutoğluna tapşırıldı

  Türkiyə Dövlət İdarəetmə İdarəsinin sözçüsü İbrahim Kalın Twitterdə "Dövlət başçımız 63-cü hökuməti qurma vəzifəsini hörmətli Əhməd Davutoğluna verib. Xeyirli olsun" deyə paylaşıb.

  Baş nazir Davudoğlu İstanbulda Yavuz Sultan Səlim körpüsü işçiləriylə tikinti sahəsində təşkil edilən iftardan əvvəl çıxışı zamanı deyib: “Bazar ertəsi günündən Ramazan Bayramına, yəni cümə gününə qədər hökuməti qurma işlərinin ilk turuna başlamaq planlaşdırılıb”.

  "İlk olaraq partiyaların sədrlərilə məsləhətləşmələr edəcəyik” deyən Davudoğlu partiyaların seçkidəki səs nisbətləri və millət vəkili sayına görə qayda ilə əvvəl CHP, sonra MHP, daha sonra HDP sədrlərilə görüşəcəyini bildirib.

  Qeyd edək ki, hökumətin qurulması sürəsi olan 45 gün 23 avqust bazar günü sona çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr