Ankaranın Esenboğa hava limanı mükafat aldı

Ankaranın Esenboğa hava limanı ətraf mühitə təsirləri ən aşağı səviyyəyə endirmək istiqamətindəki fəaliyyətinə görə Londonun “The Green Organisation” təşkilatı tərəfindən "inşa edilmiş ətraf mühit" kateqoriyasında gümüş mükafata layiq görülüb.

344536
Ankaranın Esenboğa hava limanı mükafat aldı

Ətraf mühitə göstərdiyi diqqətə görə dünyanın 17 havalimanından biri olan Esenboğa, Havalimanı İdarələri Baş ofisi “ACI Europe” tərəfindən həyata keçirilən Havalimanı Karbon Akreditasiyası proqramında 3+ səviyyəsində sertifikat alıb.
TAV Esenboğanın baş direktoru Nuray Dəmirər ətraf mühit və cəmiyyətə hörmət istiqamətində davamlı iş modellərinin olduğunu vurğulayaraq sərnişinlərə etibarlı, komfortlu və sürətli bir səyahət təcrübəsi təqdim etməklə həm də fəaliyyətləri prosesində ətraf mühitə vurulan zərəri minimuma endirməyi hədəflədiklərini bildirib. O, nüfuzlu “The Green Organisation” tərəfindən mükafata layiq görüldüklərindən böyük məmnunluq hissi keçirdiklərini də dilə gətirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr