TRT- nin Baş direktorü Şenol Göka Makedoniyada

Makedoniyada Türk Demokratik Partiyasının 25-ci ildönümü münasibətilə müxtəlif tədbirlər təşkil edilib.

328196
TRT- nin Baş direktorü Şenol Göka Makedoniyada

Türk Demokratik Partiyasının rəhbəri Kənan Hasip tədbirlər çərçivəsində Makedoniyada olan TRT- nin Baş direktorü Şenol Göka üçün iftar yeməyi verib.
İftar proqramına həmçinin Türkiyənin Skopyedəki səfiri Ömür Şölendil, Kosovo İdarəçilik naziri Mahir Yağcılar, TRT “Avaz”ın kordinatoru Murat Akkoç və başqaları da qatılıblar.
Türk Demokratik Partiyasının rəhbəri ildönüm tədbirlərində iştirakına görə TRT –nin Baş direktorü Şenol Gökaya təşəkkürünü bildirib.
Makedoniya Türk Demokratik Partiyanın 25-ci ildönümü münasibətilə ənənəvi iftar proqramları təşkil ediləcək. Şenol Gökanın da dəvət edildiyi iftar proqramına Makedoniya prezidenti George İvanovun da qatılması gözlənilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr