"Azlıq hökuməti çarə deyil", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Cümhurbaşkanlığı Sarayına iftara müxtəlif partiyalardan olan köhnə millət vəkillərini dəvət edib. 500-dən çox millət vəkilinin iştirak etdiyi iftarda köhnə baş nazirlərdən Yıldırım Akbulut və Mesut Yılmaz da olub.

327535
  "Azlıq hökuməti çarə deyil", R.T.Ərdoğan

  İftarda ev sahibliyi edən dövlət başçısı Ərdoğan koalisiya ssenarilərinə də toxunaraq onu bir imtahan adlandırıb: "Bu imtahanı müvəffəqiyyətlə verənlərin qarşıdakı dövrdə millətimizdən layiq olduğu mukafatı alacaqlarına inanıram. Bura qədər öz siyasi və şəxsi hesablarını ölkənin və millətin ehtiyacları qarşısına qoyanlar, şübhəsiz ki, millətimizdən qarşılığını görəcəklər. Eyni zamanda, bir azlıq hökumətinin Türkiyənin çətinliklərinə çarə olmayacağı qənaətindəyəm".

  Koalisiya prosesinin sağlam şəkildə getməsini arzu etdiyini bildirən Ərdoğan: "Dövlət başçısı kimi üzərimə düşən vəzifələri icra edirəm və etməyə davam edəcəyəm" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr