Türk Qızılay cəmiyyətindən Kərkükə ərzaq yardımı

Qızılay Cəmiyyəti İraqdakı 1000 türkmən ailəsinə ərzaq yardımı kampaniyasına başlayıb.

323220
Türk Qızılay cəmiyyətindən Kərkükə ərzaq yardımı

Qızılay Cəmiyyəti İraqdakı qarşıdurmalar zamanı ev- eşiyindən didərgin salınan 1000 türkmən ailəsinə ərzaq yardımı kampaniyasına başlayıb.
İlkin mərhələdə Kərkükdə 500 ailəyə qida yardımı edilib. Yardımların paylanması Süleymaniyyə və Ərbildə davam etdiriləcək.
Qızılayın Kərkükdəki yardımlarından Mosul, Telafer və İyaziyədən gələn türkmən qaçqınlar da yararlanıblar. Köməyə ehtiyacı olan türkmənlər onları yalnız qoymadıqları üçün Türkiyə xalqına və Qızılaya təşəkkür ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr