Məclis sədrliyi uğrunda mübarizə

Türkiyə Böyük Millət Məclisi sədrinin namizədliyi üçün müraciətlər sona çatıb.

322627
Məclis sədrliyi uğrunda mübarizə

Namizədlərin hər biri məclisdə qrupu olan 4 siyasi partiya üzvüdür.
AK Partiyadan milli müdafiə naziri və Sivas millət vəkili İsmət Yılmaz, CHP-dən məclisin müvəqqəti sədri və Antalya millət vəkili Dəniz Baykal, MHP-dən İstanbul millət vəkili Ekmələddin İhsanoğlu və HDP-dən isə Mersin millət vəkili Dengir Mir Mehmet Fırat, Türkiyə Böyük Millət Məclisi sədrliyi üçün müraciət edib.
Çərşənbə günü baş tutacaq ilk iki turdan nəticə əldə olunmazsa üçüncü və dördüncü turlar iyılun 1-də keçiriləcək.
Namizədlər ilk iki turda məclis üzv sayının 367-ni, üçüncü turda isə 276 səsi almaq üçün mübarizə aparacaq.
Üçüncü turda da məclis sədrinin seçilməməsi təqdirdə ən çox səs toplayan iki namizəd dördüncü turda ən çox səs toplamaq üçün yarışacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr