İstanbulda Ramazan tədbirləri

İstanbuldakı Ramazan tədbirləri yerli sakinlər və əcnəbilərin marağına səbəb olub.

322661
İstanbulda Ramazan tədbirləri

İstanbul Böyükşəhər Bələdiyyəsinin Ramazan ayı boyunca təşkil etdiyi mərasimlərin ünvanı İstanbulun Avropa səmtindəki Yeniqapı şəhər parkıdır.
30 gün ərzində ənənəvi sənətlərin nümayiş olunduğu tədbirlərdə ziyarətçilərin bütün ehtiyaclarını qarşılaya biləcək şəkildə hazırlanan çox geniş bir bazar qurulub.
İftardan əvvəl təşkil edilən teatr tamaşaları ziyarətçilərin gözəl vaxt keçirmələrini təmin edir. İftar zamanı isə xüsusi çadırlarda 3 min adama iftar verilir.
Ənənəvi hala çevrilən iftar mərasimi dünən Quranı-Kərimin oxunuşu ilə başlayıb və musiqi sədaları altında sona çatıb.
Tədbirlər İstanbula qonaq gələn əcnəbilərin də böyük marağına səbəb olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr