Türkiyə qrupu İsraildən deportasiya edilib

Sadakataşı Dərnəyi xəttilə Qüdsə gedən və hava limanında sorğulandıqdan sonra sərhədxarici edilən, 2-si jurnalist olmaqla 7 nəfər Türkiyəyə geri dönməyə məcbur olub.

320591
Türkiyə qrupu İsraildən deportasiya edilib

  Eyni qrupda yer alan TRT müxbiri Hüseyn Günay və operator Özden Ayvazın isə İsrailə girişinə icazə verilib.

  Jurnalist Halime Kokce, Ülke TV-nin Baş Yayım rejissoru Hasan Öztürk, “Memur-Sen”in Baş direktor köməkçisi Levent Uslu, Sadakataşı Dərnəyinin sədri Kamal Özdal, dərnək üzvləri Dürdanə Özdal, Fatih Bolcan və Sümeyra Bolcan isə Türk Hava Yolları ilə İstanbula qayıtmalı olublar.

  Sadakataşı Dərnəyinin sədri Kamal Özdal bu il 4-cüsünü reallaşdırmaq istədikləri Məscidi-Əqsa iftarları üçün İsrail üzərindən Fələstinə getmək istədiklərini, ancaq İsrail hava limaninda nəzarətə alındıqlarını, telefonları götürülərək özlərinin sorğulandıqlarını deyib. Özdal bunu da bildirib ki, “Heç bir səbəb göstərilmədən 7 adama deportasiya tətbiq edilib və 10 il müddətinə adı çəkilən adamların Qüdsə Fələstinə girmələri qadağan edilib”.
  Kamal Özdal deyib ki, "Başda hörmətli dövlət başçımız, Baş nazirimiz və Xarici İşlər Nazirliyimiz olmaqla rəsmilər bizimlə maraqlandılar."

  Ülke TV-nin Baş Yayım rejissoru Hasan Öztürk deyib: "2 ay əvvəl məni qəbul edən dövlət (İsrail) bu dəfə qəbul etmədi. Heç bir səbəb yoxdur. TV-dən olduğum məlumdur, yazıb-çəkdiyim bilinir, amma məni sərhədxarici etdilər. İsrailin kefi nə istəyir, onu da edən bir dövlətdir. Antidemokratik bir dövlətdir".

  “Memur-Sen”in Baş direktorunun köməkçisi Levent Uslu da öz növbəsində “İsrail hava limanında Türkiyədəki seçkilərdə hansı partiyadan idiniz?” kimi suallar verirdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr