İsrailin üzr diləməsi Türkiyənin şərtlərindən biridir

Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu və İsrail Xarici İşlər Nazirliyində Baş direktor Dor Qoldun (Dore Gold) görüşüblər.

319359
İsrailin üzr diləməsi Türkiyənin şərtlərindən biridir

  Xarici İşlər naziri Mevlüt Çavuşoğlu bunu Türkiyə-İsrail əlaqələrində normallaşma prosesi adlandırıb və Ankarada Foto Müxbirlər Dərnəyi heyətini qəbulu zamanı Türkiyə və İsrail arasındakı münasibətlərlə bağlı sualları cavablandırarkən deyib: "Əlaqələrin düzəlməsi baxımından iki ölkə nümayəndələrinin görüşü çox normal haldır. Görüş olmadan uzlaşma necə təmin edilə bilər ki? Onsuz da bu danışıqlar birinci dəfə deyil. Çoxdandır ki, rəsmilər səviyyəsində iki ölkə bir araya gəlir. Amma indi İsrailin üzr diləməsi Türkiyənin şərtlərindən biridir”.

  Təzminat və Qəzza ilə mühasirə ilə bağlı isə Çavuşoğlu topun qarşı tərəfin sahəsində olduğunu söyləyib: "Biz onlardan cavab gözləyirik. Görünür, İsrailin daxili siyasi natarazlıqları üzündən proses uzanır."


Etiketlәr:

Әlaqәli Xәbәrlәr