Türk Qızılay Cəmiyyətindən suriyalı türkmənlərə yardım

Türk Qızılay Cəmiyyəti Suriyanın Bayırbucak türkmən bölgəsi və İdlib çölünə 7 tırdan ibarət yardım göndərib.

316443
Türk Qızılay Cəmiyyətindən  suriyalı türkmənlərə yardım

İçərisində 1100 yemək bağlaması, 43 min parça tibbi vəsait və 42 min qutu dərmanın yer aldığı yardımlar Yayladağı mahalı sərhədindən Bayırbucak türkmən bölgəsinə yollanıb.
Reyhanlı bölgəsi Bükülməz sərhədindən Atmen qəsəbəsi və İdlib çölünə göndərilən yardım vəsaitləri arasında da 1200 qutu dərman, 402 parça tibbi avadanlıq və 48 min şüşə su olub.
Türk Qızılayı tərəfindən göndərilən yardımlar bölgədə qurduqları çadırlarda yaşayan ailələrə və sağlamlıq mərkəzlərinə təhvil verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr