İstanbul - İslam Dünyasının Gənclik Paytaxtı

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu tərəfindən İstanbul 2015-2016-ci ilərin İslam Dünyası Gənclik Paytaxtı seçilib.

316024
İstanbul - İslam Dünyasının Gənclik Paytaxtı

  İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclik Forumu (İKGF-Dİ) Gənclər və İdman Nazirliyi ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin birgə iştirakıyla həyata keçirilib, "İstanbul - İslam Dünyası Gənclik Paytaxtı” proqramı ilə bağlı tədbirlərə start verilib.

  56 ölkəni təmsil edən gənclər bayraqlarla gəliblər.

  Mərasimin açılış çıxışını İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclik Forumunun (İKGF-Dİ) Baş katibi Elşad İsgəndərov edib. O, İslam coğrafiyasında gedən savaşlara görə müsəlmanların çətin bir dövr yaşadığını xatırladaraq deyib: “İstər bölgədəki radikalizmin qarşısına keçmək, istərsə də İslam coğrafiyasında sağlam bir gələcək təsis etmək üçün gəncliyə sərmayə qoyulmalıdır”.

  İstanbul valisi Vasip Şahin İstanbulun İslam coğrafiyası baxımından əhəmiyyətini bir daha vurğulayaraq "56 ölkənin yekdilliyilə İstanbulun İslam paytaxtı seçilməsi bizi gururlandırdı" deyib.

  Çıxışlardan sonra gənclərə İslam paytaxtı İstanbulun təmsili açar təqdim edilib.

  İslam Dünyası Gənclik Paytaxtı Proqramı çərçivəsində bu il İstanbul müxtəlif tədbirlərə ev sahibliyi edəcək, dünyanın bir çox ölkəsindən gələn müsəlman gəncləri bir araya toplayacaq.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr