Türk Dəhlizi Layihəsində yenilik

Rusiyanın enerji şirkəti ‘‘Qazprom’’ Türkiyənin Türk Dəhlizi Layihəsi üçün mühəndislik işlərinə icazə verdiyini bildirib.

315296
Türk Dəhlizi  Layihəsində yenilik

“Qazprom”dan verilən rəsmi açıqlamaya görə, türk dəhlizinin dənizin altından keçəcək hissəsi dört xəttdən ibarətdir.
Bu xətlərin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq.
Türk dəhlizinin 600 kilometrlik hissəsi daha əvvəl ləğv edilən Cənub dəhlizini əvəzləyəcək. 250 kilometrlik hissəsi isə Türkiyənin Avropa qitəsindəki torpaqlarına doğru irəliləyəcək.
İki ölkə arasında imzalanan sazişə görə ilk xəttdən gələn təbii qazın hamısı Türkiyə bazarına çıxarılacaq.
Qeyd edək ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Türk dəhlizi layihəsini 2014-cü ilin dekabırın 1-də Türkiyəyə səfəri zamanı açıqlamışdı.
Türk dəhlizi layihəsi ilə 63 milyard kubmetr Rusiya təbii qazının Türkiyə ərazisi üzərindən Avropaya daşınması nəzərdə tutulub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr