"Terrorla mübarizədə Türkiyə tək qalıb", R.T.Ərdoğan
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam dünyasının yaşadığı bu çətin dövrdə Qərbin insan hüquqlarıyla bağlı ikili standart mövqeyini tənqid edib.
Ərdoğan İslam dünyasının hazırkı çətin məqamında qərb dünyasının çox pis imtahan verdiyini söyləyib.
Dövlət başçısı Türkiyə tərəfindən Almaniyaya minlərlə separatçı terror təşkilatı mənsubu haqqında sənəd və dəlillərin təqdim olunmasına baxmayaraq, bu təşkilatlarla fəaliyyətlərini çox rahatlıqla davam etdirdiklərini, Almaniyanın isə buna göz yumduğunu deyib. "Gah mətbuat azadlığından bəhs edir, gah da “Misirin generalları əmr etdi” deyə Əl-Cəzirənin jurnalistini nəzarətə alırlar" deyən Ərdoğan buna görə terrorla mübarizədə Türkiyənin tək qaldığını bildirib.
Әlaqәli Xәbәrlәr
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq
“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib